“İLHAM BƏY O YERİ MƏNƏ VERDİ...” – Ərdoğan böyük marağa səbəb olan fotodan danışdı

18-09-2022, 00:04           
“İLHAM BƏY O YERİ MƏNƏ VERDİ...” –
Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçıları ilə söhbət etdiyi anları əks etdirən və ictimaiyyətin böyük marağına səbəb olan fotoşəkillə bağlı açıqlamalar verib.

Türkiyə mətbuatı xəbər verir ki, Şanxaydan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan sözügedən fotoyla bağlı, “yaxşı xatirə” idi deyib.

Jurnalistin: “Sammitdə bir fotoşəkil çıxdı. Türkiyə bu fotodan danışır. Şəkildən gördüyümüz qədərilə siz nəsə deyirsiniz, digər liderlər isə sizi dinləyir. Sanki birdən onların hamısına müraciət edirsiniz. Bu an necə yarandı? Siz o an nə danışırdınız?” sualına Ərdoğan belə cavab verib: “İlham bəy o yeri mənə verdi, özü isə mənim yanımdakı stula əyləşdi. Əksəriyyəti rus dilini bildiyi üçün tərcüməçi bizim danışdıqlarımızı rus dilinə tərcümə edirdi. Təbii ki, onların hamısı bizim ordakı söhbətimizdən çox həzz aldılar. Yaxşı xatirə idi”.

Daha sonra jurnalist sosial şəbəkələrdə bu fotoyla bağlı “Masa belə qurulur” və “Digər masada əyləşənlər dağılışa bilərlər” kimi, fikirlər səsləndirildiyini bildirib.

Türkiyə lideri isə bu fikirlərə “Amma bilirsiniz, bizimki altılı nəfərlik masa deyil” cavabını verib.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.