Türkiyənin gündəminə bomba kimi düşdü – Tansu Çillərlə bağlı şok iddia

4-11-2022, 12:39           
Türkiyənin gündəminə bomba kimi düşdü –
Uzun müddətdir siyasətdən uzaq olan Türkiyənin keçmiş baş naziri və Doğru Yol Partiyasının (DYP) lideri Tansu Çillərlə bağlı iddia ölkəsinin gündəminə bomba kimi düşüb.

“Mənə ehtiyac olarsa, siyasətə qayıdacam” deyən Tansu Çillər yenidən siyasət səhnəsinə qayıdır.

Kiçik partiyalardan istədiyi cavabı ala bilməyən sabiq baş nazirin DYP-nin keçmiş təşkilat sədri Halil İbrahim Şahinlərlə yeni partiya qurduğu iddia edilib.

Çillər üçün qurulduğu iddia edilən yeni partiyanın adının Sağ Mərkəz Partiyası (MSP) olduğu bildirilir. Çillərin yeni partiya quruculuğunu tamamladığı, hətta “Anıtkabir”i ziyarət etdiyi də deyilir.

Sağ Mərkəz Partiyasının təsis ərizəsinin Daxili İşlər Nazirliyinə nə vaxt təqdim ediləcəyi maraq doğurur.

Tansu Çillərin yeni partiyasının emblemi:

Türkiyənin gündəminə bomba kimi düşdü

Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru