Türkiyədə mədəndə PARTLAYIŞ: yaralananlar var

6-11-2022, 10:54           
Türkiyədə mədəndə PARTLAYIŞ:
Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.

Bu barədə Publika.az “Haber Global”a istinadən xəbər verir.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.


Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi açıqlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.