Türkiyədə sərnişinin zarafatına görə təyyarə təcili eniş etdi

6-11-2022, 12:35           
Türkiyədə sərnişinin zarafatına görə təyyarə təcili eniş etdi
Trabzon-İstanbul reysini həyata keçirən Türk Hava Yolları təyyarəsində sərnişinin zarafatı böyük çaxnaşmaya səbəb olub.

Məlumata görə, Trabzon Hava Limanından havaya qalxan TK-2835 nömrəli “Boeing B737-900” tipli təyyarədə bələdçidən su istəyən sərnişinlərdən biri “Əgər mən əlimdəki stəkanı yerə atsam, partlayacaq”, - deyə zarafat edib.

Bələdçi hadisəni pilota çatdırıb. Sonuncu isə İstanbul Hava Limanının hərəkəti idarəetmə qülləsi ilə əlaqə saxlayıb və təcili eniş tələb edib.

Təyyarə heç bir problem olmadan hava limanına enib. Polis göyərtədə axtarış aparıb və heç bir təhlükəli vasitə aşkar etməyib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru