Ərdoğan II Qarabağ savaşı zamanı Türkiyədəki 5-ci kolonun fəaliyyətindən danışdı

7-11-2022, 22:12           
Ərdoğan II Qarabağ savaşı zamanı Türkiyədəki 5-ci kolonun fəaliyyətindən danışdı
“Türkiyə keçmişdən bu günə qədər 5-ci kolon üzvlərindən çox əziyyət çəkib”.

Redaktor.az "Haber Globala isrtinadla xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verərkən bildirib.

“Cümhuriyyətimizin 100 illiyi ərəfəsində həmin tamaşa yenidən səhnəyə qoyulmağa başlayıb. Amma bu dəfə açıq şəkildə deyirəm, istəklərinə çata bilməyəcəklər. Sərhədlərimizi terrorçulardan təmizləyərkən, onlar İŞİD-in, 15 iyulda FETÖ-nün, Qarabağın işğalına qarşı azərbaycanlı qardaşlarımıza yardım edərkən ermənilərin və maraq lobbilərinin dili ilə danışırdılar. Çünki onlara verilən tapşırıq bu idi”, - deyə dövlət başçısı bəyan edib.

Ərdoğan əlavə edib ki, Türkiyə hökuməti ölkəyə qarşı oynanılan bütün çirkin oyunları pozacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru