1800 illik sehrli amulet tapıldı - FOTO

11-11-2022, 12:34           
1800 illik sehrli amulet tapıldı - FOTO
Türkiyənin Amasra şəhərində arxeoloji qazıntılar zamanı sehrli amulet-möhür aşkar edilib.

Amuletin qədim misirlilərə aid olduğu güman edilir.

O, piramida formasındadır və möhürə bənzəyir. Hündürlüyü iki santimetrdir. Eyni zamanda piramidal forması bir santimetrdən azdır.

Elm adamları yeni tapıntıda müxtəlif işarələr aşkar ediblər. Amulet üzərində əsasən qılınclı əl, bir neçə simvol və iki qanad təsvir edilib.

Arxeologiya kafedrasının müdiri, dosent Fatma Bağdatlı Çamın sözlərinə görə, artefakt Roma dövrünə aid tikilidə aşkar edilib. Tarixçilər bu tikilini eramızın II əsrinə aid edirlər. Çam qeyd edib ki, kvadrat əsaslı və piramidal formalı amulet-möhür maqmatik qaya olan obsidian daşından hazırlanıb.

O həmçinin əlavə edib ki, fiqur üzərində Bes tanrısı da görünür. Bu tanrı Misir dininə aiddir. Bundan əlavə, amuletin yuxarı hissəsində eyni dindən olan hərflər və talisman sözlər də əks olunub. Simvolların qoruyucu xüsusiyyətlərə malik olduğu ehtimal edilir. Buna görə də insanların amuleti xəstəlikdən və ya pislikdən qorunmaq üçün üzərində daşıdığını iddia etmək olar.

“Bu tapıntının qazıntılar zamanı Anadoluda Roma təbəqəsində aşkar olunan yeganə nümunə olduğunu söyləyə bilərik”, - deyə Çam qeyd edib.

Bu hadisə arxeoloqlar üçün önəmlidir. İndi alimlər bu möhürün məhz kimə məxsus olduğunu öyrənmək istəyirlər: adi bir keşişə, yoxsa onu talisman kimi taxmış sadə bir insana.

Bu amuleti həmçinin Şərqdəki missiyadan sonra hansısa əsgərin gətirə biləcəyi də ehtimallar arasındadır.





Mənbə: “Daily Sabah”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.