“Mehriban düşmənlər”: Ərdoğanla Netanyahu arasında telefon danışığı olub

18-11-2022, 03:11           
“Mehriban düşmənlər”:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Likud Partiyasının lideri, Baş nazir vəzifəsinə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı olub.

“CNN Türk” xəbər ki, B.Netanyahu Türkiyə liderinə zəng edib.

O, noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terrror aktında ölən və yaralananlara görə, R.T.Ərdoğana başsağlığı verib.

B.Netanyahu eyni zamanda, Türkiyənin Rusiya və Ukrayna rasında həyata keçridiyi vasitəçiliyin dünya üçün önəmli olduğunu vurğulayıb.

R.T.Ərdoğan başsağlığına görə, B.Netanyahuya təşəkkür edib. Türkiyə Prezidenti iki gün öncə İordan çayının qərb sahilində baş verən hadisələrdən kədərləndiyini söyləyib.

R.T.Ərdoğan İsraildə keçirilən sonuncu parlament seçkilərinin nəticələrinin ölkə və bölgə üçün düşərli olmasını arzuladığını bildirib.

Türkiyə-İsrail münasibətlərində hər iki tərəfin güclü iradəsi sayəsində yeni bir dövrə qədəm qoyduqlarını ifadə edən R.T.Ərdoğan, həssas məsələlərə diqqət edərək, qarşılıqlı maraqlar əsasında münasibətlərin davam etdirilməsinin ortaq mənafeyə uyğun olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 1-də İsraildə Knessetə (parlament) növbədənkənar seçkilər keçirilib. Bu siyasi kampaniyada Netanyahunun partiyası qalib gəlib. İsrail Prezidenti İshaq Hersoq hökuməti formalaşdırmaq üçün ona mandat verib. Koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.