“Həll yolu tapmalıyıq, yoxsa...” - Kəşfiyyatçıdan Türkiyə etirafı

18-11-2022, 12:25           
“Həll yolu tapmalıyıq, yoxsa...” -
“Türkiyə artıq öz müdafiə sənayesini qurub, indi də Qərb və ABŞ-a onlara ehtiyacının olmadığı mesajlarını verir”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan kəşfiyyatının (EYP) keçmiş agenti Savvas Kalenderidis deyib.

“Türkiyənin getdikcə öz yerli müdafiə sənayesini genişləndirməsi ona inam verir. Yunanıstan və onun müttəfiqlərinə qarşı raket sınaqları ilə göstərdiyi güc nümayişi də bu inamın əlamətidir. Türkiyə yavaş-yavaş qərblilərə bunu deyir: sizə ehtiyacımız yoxdur”, - keçmiş kəşfiyyatçı bildirib.

Kalenderidis qeyd edib ki, Türkiyədə xarici təhdidlərə və düşmənlərə qarşı böyük bir birlik var:

“Bu hərbi sınaqlar Yunanıstan və NATO-ya milli inamı nümayiş etdirir. F-16 və bir sıra digər siyasi məsələlərlə bağlı mesajlar göndərirlər.

Türkiyənin ABŞ ilə ciddi problemləri var. Təkcə F-35 və F-16 yox, həm də ABŞ-ın Suriya siyasətinə görə. Suriyanın şimal-şərqindəki kürd qruplaşmaları (PKK/YPG terror təşkilatı) ilə əməkdaşlıq etdiyinə görə. Bu, həqiqətən də Türkiyə üçün “qırmızı xətt”dir. Türkiyənin gücü olsaydı, Amerikaya da hücum edərdi. Ancaq bir daha deməliyəm ki, Türkiyə öz müdafiə sənayesini qurub.

Türkiyə həmçinin raket və PUA istehsal etmək gücünə malikdir. Bunların önəmini Ukrayna müharibəsində gördük. Bu, xüsusilə yunan dövlətinin, müvafiq xidmətlərin, iqtidarın və müxalifətin diqqətini çəkməlidir. Gələcəkdə xoşagəlməz hadisələrin baş verməməsi üçün həll yolu tapılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.