Türkiyədəki terroru törədən daha 2 nəfər SAXLANILDI - VİDEO

18-11-2022, 17:17           
Türkiyədəki terroru törədən daha 2 nəfər SAXLANILDI - VİDEO
İstanbulun İstiqlal küçəsində altı nəfərin ölümü və 81 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsində şübhəli bilinən 52 nəfər saxlanılmışdı.

Lent.az-ın “Milliyet”ə istinadən məlumatına görə, terrorda təqsirli bilinən daha bir neçə nəfər tutulub.

Belə ki, küçəyə bombanı qoyan Əhləm Əlbəşirə köməklik edən Bilal Həsəni adlı şəxsin yeni görüntüləri yayılıb. Görüntülərdə Bilal Həsəninin Yasin Əl Kolari və Əhlam Əlbəşirlə Taksimə gəldiyi, daha sonra Əhləmin İstiqlal küçəsindəki mağazaların birində alış-veriş etdiyi lentə alınıb.

Bununla yanaşı, Bilal Həsənini Ədirnə şəhərində qarşılayan və onun xaricə qaçmasına kömək edən Hüseyn Günəş də nəzarətə alınıb. Onun saxlanıldığı yer isə Ammar Jarkasın ifadəsi ilə ortaya çıxıb.

Qeyd edək ki, Ammar Jarkas Bilal Həsənini şəhərdən çıxarıb qaçmasına kömək edən şəxsdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru