Türk lirəsinə hörmətsizlik edən fenomen HƏBS EDİLDİ

18-11-2022, 19:42           
Türk lirəsinə hörmətsizlik edən fenomen HƏBS EDİLDİ
Türkiyəli məşhur sosial media fenomeni Mika Can Raun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sfera.az xəbər verir ki, əsl adı Mikayıl Can Kurnaz olan "Mika" oktyabrın 21-də "Instagram" hesabında 100 TL-ni tualetə atdığı anın videosunu paylaşıb. Onun bu hərəkəti sosial mediada reaksiyalara səbəb olub.
Hadisədən sonra Anadolu Respublika Baş Prokurorluğu görüntülərlə bağlı araşdırmalara başlayıb. Belə ki, "Mika" haqqında "Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək" və türk lirəsini tualetə atması səbəbiylə "dövlətin suverenlik nişanələrini təhqir etmək" ittihamı ilə iddianamə hazırlanıb, tam həbs cəzası istənilib. Bu gün isə Mikayıl Can Kurnaza qarşı istintaq tamamlanıb. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru