Türkiyə iki düşmənin kəşfiyyatını bir araya gətirdi

19-11-2022, 09:18           
Türkiyə iki düşmənin kəşfiyyatını bir araya gətirdi
Prinsipial və konstruktiv siyasət nəticəsində Milli Kəşfiyyat İdarəmiz Amerika və Rusiya kəşfiyyat rəislərini Ankarada bir araya gətirdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Regional və qlobal təhlükəsizliyə təhdidlərin müzakirə olunmasına şərait yaradıldı. Kəşfiyyat diplomatiyasının gözəl nümunəsi olan bu təşəbbüs Türkiyənin potensialını və sabitləşdirici gücünü bir daha nümayiş etdirdi”, - deyə Altun bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl MKİ rəhbəri Uilyam Börns Ankara şəhərində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru