Bu, Türkiyənin nə qədər güclü olduğunu göstərdi

20-11-2022, 11:39           
Bu, Türkiyənin nə qədər güclü olduğunu göstərdi
Türkiyə güvən ölkəsidir, ona zərər verməyə çalışanlar bunun əvəzini ödəyəcəklər.

Axar.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik İstiqlal küçəsindəki teraktdan danışarkən deyib.

“Təhlükəsizlik qüvvələrimiz çox sürətli iş ilə cinayətkarı yaxalaya bildi. Bu hadisə Türkiyənin terrorla mübarizə imkanlarının nə qədər güclü olduğunu göstərdi. Burada hamımız həyatı normal vəziyyətə qaytarmaq üçün səy göstərdik”, - Çelik söyləyib.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru