Süleymaniyyədə FACİƏ: çox sayda ölən və yaralanan var

20-11-2022, 11:15           
Süleymaniyyədə FACİƏ: çox sayda ölən və yaralanan var
İraqın şimalındakı Süleymaniyyə vilayətində qaz partlayışı baş verib.

Bu barədə Publika.az "Sinxua" agentliyinə istinadla xəbər verir .

Regionun qubernatoru Xəval Əbubəkir mətbuat konfransı zamanı bildirib ki, hadisə noyabrın 17-də baş verib.

Onun sözlərinə görə, güclü partlayış evlərin qızdırılması üçün istifadə edilən mayeləşdirilmiş qaz çənindən sızma nəticəsində baş verib.

Hadisə nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər yaralanıb. Dağıntılar altında qalan 4 nəfərin axtarışları davam edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışın səbəblərini araşdırmağa başlayıb.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru