Türkiyənin Suriya və İraqın şimalında kök salan terrorçuların mövqelərini bombalamasına heç kim etiraz edə bilmədi...

20-11-2022, 16:30           
Türkiyənin Suriya və İraqın şimalında kök salan terrorçuların mövqelərini bombalamasına heç kim etiraz edə bilmədi...
Türkiyə hərbi hava qüvvələrinin Suriya və İraqın şimalında kök salan terrorçuların bazalarına hava zərbələri endirməsi gözlənilən idi.
TEREF.AZ yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir.
Daha sonra politoloq deyir ki, terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar dağıdılıb. Əlbəttə, Türkiyə il ərzində qurudan və havadan İraq və Suriyadakı PKK/YPG terrorçularına qarşı müxtəlif hərbi əməliyyatlar keçirib.
Ancaq budəfəki əməliyyat bir az fərqli idi. Hazırki əməliyyat PKK/YPG qruplaşmasının İstanbulın mərkəzində - “İstiqlal” caddəsində törətdiyi partlayışa tutarlı cavabdır.
ABŞ və Avropa ölkələrindən hər hansı birinin Türkiyənin hava zərbələrinə mümkün etirazı olsa da, bunu açıq deyə bilməyəcəklər. Çünki sözdə “İstiqlal” caddəsindəki terror pisləyiblər, partlayışın arxasında isə PKK/YPG qruplaşmasının dayandığı sübut olunub.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru