Ukraynada "Turan" türk taboru yaradıldı - VİDEO

21-11-2022, 08:52           
Ukraynada "Turan" türk taboru yaradıldı - VİDEO
Noyabrın 20-də Ukraynada “Turan” adlı türk taboru yaradılıb.

TEREF.AZ xəbər verir ki, yeni qurulmuş taborun videomüraciəti "BASE" "Telegram" kanalında dərc olunub.

Videogörüntüdə üzərində Azərbaycan bayrağı olan hərbçi də əks olunub.

Müraciətdə türk xalqlarını salamlayan hərbi birləşmənin komandiri Almaz Kudabek oğlu Rusiya Prezidenti Vladimir Putinin “xüsusi əməliyyat” adı altında “türkdilli xalqlara qarşı soyqırımı törətdiyini” vurğulayıb:

“İslamın arxasında gizlənərək Ramzan Kadırov cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz Kadırovun şeytan rejimini, Putinin imperiya rejimini məhv edəcəyik. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!”.

Bildirilib ki, Almaz Kudabek oğlu Qırğız Respublikasının vətəndaşıdır. O, fevralın 24-dən Ukraynada Rusiyaya qarşı savaşır.

Qeyd edək ki, fevral 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralardadırlar. ("Report")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru