Türkiyədə aktyorlar qəzaya düşdü: ölənlər və yaralananlar var - FOTO/VİDEO

21-11-2022, 09:58           
Türkiyədə aktyorlar qəzaya düşdü:
Türkiyənin Amasya əyalətində teatr aktyorlarını daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Publika.az NTV-yə istinadla xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Qəzada zamanı mikroavtobusda olan sərnişinlər arasında olan Özgür Karataş, Tolga Güleryüz və Burak Topçu həyatını itirib.

Yaralı sürücü Bektaş və Özgür Ayaz, Burak Gülçebi, Filiz Özbek, Melis İşiten, Sergen Deveci, Uğur Şalvarcıoğlu və Ceyhun Fersoy bölgəyə göndərilən təcili yardım maşınları ilə Merzifon və Suluova Dövlət Xəstəxanalarına aparılıblar.

Teatr aktyorlarının dünən Çorum Dövlət Teatr Salonunda "Basbelası" tamaşasını səhnələşdirdikdən sonra Samsuna qayıtdıqları bildirilib.

Faktla bağlı araşdırma başladılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru