YPG/PKK terror təşkilatı Suriya ərazisindən Türkiyənin daha bir bölgəsinə raket hücumu həyata keçirib. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Qeyd olunur ki, kürd yaraqlılarının hədəfi ni dəfə Qaziantep şəhərinin Suriya ilə həmsərhəd olan Karkamış kəndi olub. Türkiyənin daxili işlər naziri Süleyman Soylu atılan 4 raketdən birinin məktəbə, digərlərinin isə yaşayış evlərinə düşdüyünü açıqlayıb.