Ərdoğandan həbsdə olan kürd liderə jest - Amma o da QANMAZ ÇIXDI

21-11-2022, 16:59           
Ərdoğandan həbsdə olan kürd liderə jest - Amma o da QANMAZ ÇIXDI
Türkiyənin hazırki hökuməti həbsdə olan HDP lideri Səlahəddin Dəmirtaşa jest edib.

TEREF.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, Türkiyənin Ədliyyə Nazirliyinin xüsusi göstərişi ilə HDP-nin hazırda həbsdə olan kürd lideri Səlahəddin Dəmirtaş infarkt keçirən atasına baş çəkmək üçün Diyarbəkirə gətirilib.

Xüsusi, təyyarə ilə Diyarbəkirə aparılan Dəmirtaş atasını zyarət etsə də ancaq bu şəraiti ona yaradan AKP hakimiyyətinə təşəkkür etməyib.

Dəmirtaş “Haqsızlıqlar və qanunsuzluqlar artmaqda davam edərkən, məni təyyarə ilə Diyarbəkirə, hətta Marsa aparsalar da vəziyyət dəyişməyəcək” deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.