İstanbuldakı terrorla bağlı daha beş nəfər həbs edilib

22-11-2022, 00:13           
İstanbuldakı terrorla bağlı daha beş nəfər həbs edilib
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunun mərkəzi İstiqlal prospektində (Taksim məhəlləsi) baş verən terrorla bağlı daha 5 nəfər həbs edilib. “Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Onların arasında “Hüsam” kod adlı terrorçu da var.

Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 24-ə çatıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru