"ABŞ kürd silahlılarına sursat verir" - Ərdoğan

22-11-2022, 09:01           
"ABŞ kürd silahlılarına sursat verir" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ son illərdə kürd silahlılarına minlərlə yük maşınına yüklənmiş sursat verib.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” nəşri məlumat yayıb.

Amerika Birləşmiş Ştatlarının Barak Obamanın ölkəyə rəhbərlik etdiyi vaxtdan bu kursu davam etdirdiyi vurğulanır.

“Təbii ki, biz NATO müttəfiqinin terrorçuların fəaliyyət göstərdiyi Suriya ərazisini sursatla təmin etməsindən narahatıq”, - deyə Ərdoğan bildirib.

O vurğulayıb ki, Türkiyə hakimiyyəti Ağ Evin hazırkı rəhbəri ilə danışıqlarda bu məsələni gündəmə gətirməyə davam edəcək və Türkiyənin milli təhlükəsizliyinin tələb etdiyi bütün tədbirləri görəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru