Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə geri dönüşə baş vurub

24-11-2022, 10:47           
Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə geri dönüşə baş vurub
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə geri dönüşə baş vurub. Gecikmiş olsa da, doğru qərardır. Misir və İsraillə münasibətləri gərginləşdirməyə ehtiyac yox idi. Bu iki dövlət Türkiyə ilə münasibətlərin gərgin olduğu dövrdə Türkiyənin ayağının altını qazan əsas dövlət - Yunanıstanla yaxınlaşaraq Afina və Kipr Yunan Respublikası ilə birgə enerji layihələrini müzakirə edirdilər. Türkiyə-İsrail münasibətləri artıq normallaşıb, Ərdoğan vaxtilə əlaqələri kəsdiyi İsrailin hazırki baş nazir Benyamin Netanyahu ilə telefonla danışıb, onu seçkilərdə qələbə münasibətilə təbrik edib, yerdən-yerə vurduğu Misir prezidenti Sisinin əlini sıxıb, növbədə Suriya prezidenti Bəşər Əsəddir. Rəcəb Tayyib Ərdoğan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin vaxtilə ifadə etdiyi “dün dündür, bugün bugündür” fəlsəfəsinə qayıdır.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.