Akar və Şoyqu arasında müzakirələr aparılıb

25-11-2022, 10:56           
Akar və Şoyqu arasında müzakirələr aparılıb
Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Söhbət zamanı ikitərəfli və regional müdafiə, eləcə də təhlükəsizlik məsələləri müzakirə edilib.

“Bölgədə sabitliyi pozmağa yönəlmiş artan təzyiq və hücumlara, mülki yaşayış məntəqələrini və vətəndaşları hədəf alan hərəkətlərə qarşı lazımi cavab verilib və veriləcək. Terror təhlükəsinin qarşısının daimi alınması və terror təşkilatlarının zərərsizləşdirilməsi bizim əsas prioritetimizdir”, - deyə Akar bildirib.

Söhbət zamanı bu sahədə əvvəllər əldə edilmiş razılaşmalara əməl olunmasının böyük əhəmiyyət kəsb etdiyi bir daha vurğulanıb.

Həmçinin, qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsi sahəsindəki əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru