Türk əsgər və siyasətçisi Alparslan Türkeşin doğum günüdür - 105 yaş...

25-11-2022, 21:09           
Türk əsgər və siyasətçisi Alparslan Türkeşin doğum günüdür - 105 yaş...
Bu gün Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu, Türk əsgər və siyasətçisi Alparslan Türkeşin doğum günüdür. Əsl adı Hüseyn -Fəzlullah olan Alp Arslan Türkeş 1917-ci ilin 25 noyabrında Lefkoşada (Şimali Kipr) anadan olub
Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına xidmət etməklə türk-milliyyətçi kəsimin, Bozqurd”ların, Ülküçülərin) mənəvi atası, ölməz lideri. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının isə banisi sayılır.
Şanlı türk ordusunun polkovniki olan Türkeşin siyasi fəaliyyəti, milli ideyaları Türk xalqlarının vahid birliyinin yaranmasına, onların birliyinə köklənmişdi. Bu anlamda 20-ci əsrdə Türk Dünyasında Ənvər Paşa, Ə.Hüseynzadə, Y.Akçura, Atatürk, Rəsulzadə, Elçibəy və başqaları kimi Alparslan Türkeş də Türklər üçün öndər şəxsiyyətlərdən biri olmuşdur. Alparslan Türkeş aşağı-yuxarı Türk-İslam məfkurəsinə İslamçılığın içində ərimiş bir Türkçülük kimi baxmamış, hər ikisinin özünəməxsusluğunu və ayrtı-ayrılıqdakı dəyərini görə bilən şəxsdir..
Ümumiyyətlə isə Alparslan Türkeş siyasi türkçülüyün ideoloji bazasını yaradanlardan biri hesab olunur. Onun "Dış türklər" postulatı Türkiyədə uzun illər tənqid olunsa da, SSRİ dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən və haqlı olduğu dərhal üzə çıxsrtdı. Türkiyə dövlətinin həmin zamanlarda SSRİ-dən qopan türk dövlət və topluluqları ilə bütün əlaqələri hazır mexanizmləri olan Milliyyətçi Çalışma Partiyasının, Alparsalan Türkeşin üzərindən oldu.! Çünki dövlətin özü bu cür hadisələrə hazır deyildi...
Türkeş həm də Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verən böyük şəxs olub.. Onun Azərbaycan türklərinin lideri və daha sonra isə prezidenti olan Elçibəy ilə xüsusi dostluq münasibətləri var idi. O zaman Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənclər 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşlarda qəhrəmanlıqlar göstəriblər. Onun göstərişi və Elçibəy iqtidarının razılığı ilə Tovuzun Kirən kəndində qurulan "Ruzigar" əsgəri düşərgəsi türk dünyasında bir əfsanə, o düşərgənin yaşayan könüllüləri isə bu gün qəhrəman obrazındadırlar.

Alparsaln Türkeş 1992-ci ilin may ayının 3-də Bakıya gələrək Azadlıq meydanında Elçibəylə birlikdə onu görməyə gəlmiş 1 milyon insanı salamlayıb. Mən çox şadam ki, o bir milyon insanın içində mən də var idim... Bu insanlar hamısı “Azadlıq!” deyə qışqırır və “bozqurd” işarəsini göstərirdilər. Xatirəmdədir ki, Başbuğ mitinqdə göstərilən bu hərəkəti bəyəndiyi üçün o da eynini təkrar etməyə başladı.
Mitinqdə M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını səsləndirən Alprarslan Turkeş sözünə davam edərək "Yüksələn bayraqlar türklərin bayrağıdır və bir daha enməyəcək"deməsi ilə Azadlıq Meydanı sürəkli alqışlara qərq oldu.
Əslində Turkeşə “bozqurd” işarəsini bura gələrkən Əbülfəz Elçibəy öyrətmişdi. Alparslan bəy Azərbaycana gələndə Elçibəylə qucaqlaşıb 10 dəqiqə ağlamışdılar. Elçibəy bu barədə belə deyirdi :. "Başbuğ bizim barmaqlarımızla göstərdiyimiz “bozqurd” işarəsinin nə olduğunu soruşduğu zaman dedim ki, bu, bizim hərəkət deyil, Göytürklərdən gəlmədir”.

O, sonralar bizim o “bozqurd salamı”mızı o qədər sevdi ki, sonradan bu işarə Türkeşin rəhbərlik etdiyi MHP-nin əsas simvollarından birinə çevrildi...
...O, çox böyük insan idi..Haqsızlığa dərhal reaksiya verirdi. Deyilənə görə təqribən 1994-1995-ci illər də Neofaşistlər Almaniyada Türklərin yaşadıqları evləri yandırmağa, Türk məktəblərinə hücum etməyə başlamışdılar. Hətta bir neçə Türkü öldürmüşdülər də... Almaniya höküməti bu təxribata etinasız yanaşırdı. Başbuğ Alparslan Türkeş Almaniyada yaşayan Bozqurdlarına bir başa televiziya vasitəsilə müraciət etdi: "Bir yanan Türk evinə 2 alman evi yandırılmalı, 1 öldürülən Türkün əvəzinə 2 alman öldürülməli, bir Türk məktəbinə edilən hücumun qarşılığında 2 alman məktəbinə hücum edilməlidir!"
Bozqurdlar necə başladılarsa, Almaniya höküməti Turkeşə yalvarırdı ki, əmri dayandırsın, neofaşistəri özləri cəzalandırsın.
Çox yazmayacağam..Hamı onsuz da futbola baxır...Amma mütləq bir şeyi deməliyəm ki, Alparslan Türkeşin Türk Birliyi davası bu gün də davam edir...Və artıq bu birliyin cücərtiləri gözümüzü oxşayır, qəlbimizi qürurlandırır.
Onun 9 işıq prinsipi, yəni 1. Milliyetçilik,2. Ülkücülük,3. Ahlâkçılık, 4.Toplumculuk, 5. İlimcilik, 6. Hürriyetçilik ve Şahsiyetçilik, 7. Köycülük,8. Gelişmecilik ve Halkçılık, 9. Endüstricilik ve Teknikçilik”dirki, ilkeleri bu davavnın bu gün də əsasını təşkil edirə

...Türkeşin məzar daşında doğum tarixi 1917-ci il olaraq göstərilib. Ancaq ölüm tarixi yoxdur! Çünki Başbuğlar ölməz, uçmağa varır! Onlar istər bu dünyada, istərsə də ötəki dünyada dirilərdən də diridirlər !
Ruhu qarşısında təzimlə Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.