Ukraynalı kimsəsiz uşaqlar Türkiyəyə gətirildi

26-11-2022, 09:50           
Ukraynalı kimsəsiz uşaqlar Türkiyəyə gətirildi
Ukraynada müharibə nəticəsində valideyn himayəsindən məhrum olmuş 34 uşaq Türkiyeyə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya tviterdə yazıb.

Onun sözlərinə görə, Türkiyənin birinci xanımı Əminə Ərdoğanla İstanbulda əldə olunan razılığa əsasən Odessadakı “Soneçko” uşaq evindəki uşaqların bir qismi Türkiyəyə təxliyə edilib.

Yelana Zelenskaya deyib ki, uşaqların təhlükəsizliyi əsas prioritetdir:

"Ən kiçik yaşlı uşaq Saşkodur. O, on aylıqdır. Uşaqların rahatlığı, reabilitasiyası təmin olunub”.

Y.Zelenskaya həmçinin vurğulayıb ki, bu, iki ölkənin liderinin həyat yoldaşlarının əməkdaşlığının nəticələrinin vacib göstəricisidir.

Ukraynanın birinci xanımı bu məsələdə xidməti olan hər kəsə təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru