Dövlət xəstəxanasında çalışan saxta həkimin fırıldağını xəyanət etdiyi hərbçi sevgilisi üzə çıxarıbmış (VİDEO)

30-11-2022, 10:04           
Dövlət xəstəxanasında çalışan saxta həkimin fırıldağını xəyanət etdiyi hərbçi sevgilisi üzə çıxarıbmış (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyənin Çerkezköy Dövlət Xəstəxanasında özünü uşaq həkimi kimi təqdim edən Ayşem Özkırazın əməli iş yoldaşlarının şübhələnməsinə səbəb olub. Daha sonra xəstəxanadakı həkimlərin də polisə etdiyi şikayət əsasında saxta həkim Ayşem Özkirazın saxlanılıb.

Onun barəsində istintaq davam edərkən daha bir məlumat ölkə gündəminə düşüb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gənc qadının sevgilisi olduğu halda başqası ilə də görüşürmüş.

V.C adlı bu şəxsin saxta həkim sevgilisinə mesaj göndərərək onun həkim olmadığını dediyi müəyyən edilib.

Aldığı mesajdan sonra hərbçi leytenant rütbəli hərbçi sevgilisi Ayşem Özkiraçın işlədiyi xəstəxanaya zəng edərək hər şeyi danışıb və saxta həkim oyununu pozulub.

Ən maraqlısı isə, ötən doğum günündə Ayşem Özkirazın özü üçün xəstəxanaya "Doğum günün mübarək, bölgəmizin qüruru" yazılı gül vömdərdiyi ortaya çıxıb.

Bildirilir ki, Ayşe Özkiraz leytenan sevgilisi TK ilə münasibətləri davam edərkən, sosial şəbəkədə tanış olduğu V.C adlı şəxslə görüşməyə başlayıb.
Onun Çerkezköydə bir neçə dəfə görüşdüyü V.C.-yə uşaq cərrahı köməkçisi kimi özünü təqdim etdiyi iddia edilir.

Fərqli zamanlarda Çerkezköydə iki dəfə Ayşe Özkirazı ziyarət edən V.C Ayşənin guya təhsil aldığı Çapa Tibb Fakültəsindəki dostlarından yeni sevgilisi barədə soruşub.
O bu zaman fakültədə bu adda tələbə olmadığını öyrənib.
Ayşem Özkirazın adının Ayşe deyil, Ayşe olduğu müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.