Türkiyə ordusu Suriyada YPG-nin səhra komandirini məhv edib

4-12-2022, 12:15           
Türkiyə ordusu Suriyada YPG-nin səhra komandirini məhv edib
Türkiyə Silahlı Qüvvələri Suriyanın Haseke vilayətində YPG-nin (PKK terrorçularının Suriya qanadı - red.) səhra komandirini məhv edib.

Qeyd olunub ki, Türkiyənin pilotsuz uçuş aparatları terrorçulara məxsus avtomobil karvanını bombalayıb.

Belə ki, YPG terror təşkilatının adı açıqlanmayan səhra komandirinin olduğu avtomobillərdən birinə iki raket düşüb, bir neçə yaraqlı isə məhv edilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin isə rəsmi açıqlamasında qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində xüsysi təyinatlılar Suriyanın şimalında iki terrorçunu məhv edib.

Xatırladaq ki, Suriya və İraqın şımalında keçirilən "Pəncə-Kilid” əməliyyat zamanı 491 terrorçu öldürülüb.

Mənbə: “Al-Hadath”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru