Türkiyə qaz qovşağının təhlükəsizliyi ilə bağlı müzakirələr başlayıb

29-01-2023, 11:27           
Türkiyə qaz qovşağının təhlükəsizliyi ilə bağlı müzakirələr başlayıb
Rusiya və Türkiyə ekspertləri ikinci ölkənin ərazisində qaz qovşağının yaradılması üzrə layihənin müxtəlif aspektlərini, o cümlədən təhlükəsizlik məsələlərini müzakirə etməyə başlayıblar.

Bunu yanvarın 28-də Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.

“Hazırda bu ideyanın həyata keçirilməsinin müxtəlif aspektləri, o cümlədən incə tərəfləri ekspertlər səviyyəsində müzakirə olunur”, - deyən diplomat Türkiyə və Rusiyanın “qarşıda duran bütün məsələləri, o cümlədən mövcud və gələcək enerji obyektlərinin təhlükəsizliyin təmin edilməsini uğurla həll edə biləcəyinə” əminliyini ifadə edib.

Sıromolotov qeyd edib ki, Moskva Türkiyə hakimiyyətinin layihə ilə bağlı mövqeyinə müsbət yanaşır və bunu aktiv birgə işə hazırlığın təzahürü kimi qəbul edir.

O, həmçinin vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında enerji sahəsində gələcək əməkdaşlığın açarı “Türk axını” qaz kəməri layihəsinin uğurla həyata keçirilməsi, həmçinin Rusiya qazının Türkiyəyə etibarlı tədarüküdür.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Rusiya Enerji Həftəsi forumunda ölkə prezidenti Vladimir Putin Avropaya qaz tədarükü üçün Türkiyədə qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib. Türkiyədə Rusiya prezidentinin ideyası müsbət qarşılanıb. Hazırda tərəflər layihənin icrası ilə bağlı danışıqlar aparır.

Mənbə: rossaprimavera.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.