Zəlzələdən ziyan görən bu şəhər tamamilə söküləcək

14-02-2023, 09:37           
Zəlzələdən ziyan görən bu şəhər tamamilə söküləcək
Hazırda şəhərdə xilasetmə işləri davam edir

Güclü zəlzələlər nəticəsində ciddi ziyan çəkən Türkiyənin Qaziantep vilayətinin Nurdağı şəhəri tamamilə söküləcək.

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, qubernator vəzifəsini icra edən Osman Bilgin Qaziantep şəhərindən 45 kilemotr qərbdə yerləşən Nurdağının tamamilə sökülərək yenidən tikiləcəyini bildirib.

Zəlzələyə qədər orada 40 min insan yaşayırdı. Hazırda şəhərdə xilasetmə işləri davam edir.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 2724 afterşok qeydə alınıb. Hazırda zəlzələ bölgəsində 35 min 495 xilasedici olmaqla, 238 mindən çox personal fəaliyyət göstərir. Təbii fəlakətdən zərər çəkən 158 min 165 nəfər digər vilayətlərə təxliyə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.