Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb DÜNYA

15-02-2023, 07:52           
Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb DÜNYA
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir

Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb. AYNA xəbər verir ki, bu barədə "CNNTürk" məlumat yayıb.

Onlar Antakyada Kocaeli Bələdiyyəsi Xilasetmə Qrupu tərəfindən dağıntılar altından xilas edilib.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru