Azyaşlının səxavəti insanları kövrəltdi: “Başqalarına da qismət olsun” - VİDEO

18-02-2023, 12:19           
Azyaşlının səxavəti insanları kövrəltdi:
Türkiyənin Hatay vilayətinin Bektaşlı kəndinin azyaşlı sakinlərinin davranışı insanları təsirləndirib.

Belə ki, könüllülər zəlzələ nəticəsində zərər çəkmiş ailələrin uşaqlarına şokolad və oyuncaqlar paylayıblar.

Bu zaman balacalar könüllülərdən xahiş ediblər ki, şokolad və digər hədiyyələr elə paylanılsın ki, onların həmyaşıdlarına da çatsın.

Könüllülərdən biri həmin anı öz telefonunun kamerası ilə çəkərək sosial şəbəkələrdə paylaşıb.

Videoya tamaşa edənlər azyaşlıların bu səxavətindən kövrəldiklərini qeyd ediblər.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru