Müğənninin söylədikləri hər kəsi kövrəltdi

18-02-2023, 10:48           
Müğənninin söylədikləri hər kəsi kövrəltdi
"Türkiye Tek Yürek” kampaniyasında ianə toplayan aktrisa Hande Erçel sosial media hesabından həmin axşam aldığı ianələrdən danışıb. SİA xəbər verir ki, yayımlanan verilişdə Hande Erçel ianə zəngləri alarkən bəzi qeydlərini oxuya bilmədiyini və bu qeydlərin və şəxslərin məxfi qalmamasını istədiyini bildirib.

Tvitter hesabında paylaşım edən aktrisa: "Dünən axşam yayımın gərginliyinə görə bunu paylaşmağa imkanım olmadı. Balaca ürəklərinə böyük ürəklər sığdıran bir çox uşaqlar mənə zəng etdi. Daxılını sındırıb bağışlayan və müalicəsi üçün ayrılan büdcədən ianə verən Yüsra məni çox kövrəltdi. Bunlarla yanaşı, 17 fevral 2016-cı ildə şəhidlərimizdən olan Uğur Fetih Özdemirin 11 yaşlı tək oğlu təqaüdünü bağışladı. Sizi böyüdən valideynlərin əllərindən öpürəm. Sevgilərimi göndərirəm. …”, - deyə paylaşımında qeyd edib.

Qeyd edək ki, Türkiyə və dünyadan 213 televiziya və 562 radionun həyata keçirdiyi "Türkiyə - tək ürək" (#TürkiyeTekYürek) kampaniyasında 101 milyard lirədən çox vəsait toplanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.