Qətər Türkiyədəki zəlzələ bölgəsinə yardım göndərib

18-02-2023, 11:30           
Qətər Türkiyədəki zəlzələ bölgəsinə yardım göndərib
Türkiyənin Kahramanmaraş bölgəsində baş verən iki böyük zəlzələ nəticəsində 10 əyalətdə böyük dağıntılar baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədən və dünyadan zəlzələ qurbanlarına humanitar yardım materialları gəlməkdə davam edir. Qətər də Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri ilə zəlzələ bölgəsinə yardım materialları göndərib.

Qətər Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, son günlərdə Silahlı Qüvvələrə aid hərbi nəqliyyat təyyarələri ilə humanitar yardım materialları, o cümlədən tibb personalı və 4 ədəd “Aqusta” tipli helikopter Türkiyədəki zəlzələ bölgəsinə daşınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru