Davudoğlu iqtidarı ilişdirdi: “Şoulara ehtiyac yoxdur, siz dövləti idarə edirsiniz, reklam şirkəti deyil”
19-02-2023, 00:17
Gələcək Partiyasının sədri Əhməd Davudoğlu televiziya ekranlarında təşkil edilən ianə kampaniyası ilə bağlı “Şoulara ehtiyac yoxdur, siz dövləti idarə edirsiniz, reklam şirkəti deyil” deyib.
Davudoğlu “Mərkəzi Bank və dövlət qurumlarının ianələrini necə qiymətləndirirsiniz? Mərkəzi Bank, Ziraat Bankı və ictimai qurumlar ianə edə bilərmi?” Sualını belə cavablandırdı.
“Dövlət qurumlarının və bankların, xüsusən də TCMB-nin başında duran idarəçilər oradakı maliyyə resurslarının sahibi deyillər, onlar yalnız qanun çərçivəsində bu resurslara sərəncam vermək səlahiyyətinə malik olan məmurlardır. Ona görə də bu məmurlar ancaq öz maaşlarından ianə edə bilərlər. Millətin onlara həvalə etdiyi ictimai resurslardan istifadə edərək öz fərdlərini önə çıxarmaq üçün atdıqları addımlar bir növ reputasiya pozğunluğudur” deyib. İndependentTürk