Türkiyədən SEVİNDİRİCİ XƏBƏR: 13 gün sonra 3 nəfər xilas edildi

19-02-2023, 10:18           
Türkiyədən SEVİNDİRİCİ XƏBƏR:
Türkiyədə zəlzələdən 13 gün sonra Hatayda 3 nəfər dağıntılar altından xilas edilib. Onları qırğız xilasediciləri çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, xilasedicilər dağıntılar arasında axtarış apararkən eyni ailənin beş üzvünü aşkar ediblər. Üç böyük sağ qalmağı bacarıb. İki uşaq ölüb.

Qırğızıstanlı mütəxəssislər 12 gündür ki, Türkiyədə işləyirlər. Bu müddət ərzində onlar səkkiz nəfəri sağ çıxara biliblər. 200 cəsəd də taplar.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. İki təbii fəlakət arasındakı interval cəmi 9 saat olub. Bunun ardınca yüzlərlə zəlzələ baş verib. Onlar ölkənin 11 vilayətində hiss olunub.

Son məlumatlara görə, 40 mindən çox insan həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru