Qırğızıstanın keçmiş prezidentləri bir masa arxasında əyləşərək bir-birlərini bağışladıqlarını elan ediblər

19-02-2023, 12:49           
Qırğızıstanın keçmiş prezidentləri bir masa arxasında əyləşərək bir-birlərini bağışladıqlarını elan ediblər
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün sabiq prezidentləri ilə görüş keçirib.

Bu barədə Qırğızıstan prezidentinin mətbuat katibliyi məlumat yayıb.

İlk dəfə belə formatda təşkil olunan görüşdə Askar Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva, Almazbek Atambayev, Sooronbay Jeenbekov iştirak ediblər.

Mətbuata elan olunan birgə bəyanatda qeyd olunur ki, keçmiş prezidentlər bir-birini bağışlayaraq millətin gələcəyi üçün birləşməyə qərar verdiklərini elan ediblər.

Hazırkı prezident Sadır Japarovun sözlərinə görə, Qırğızıstanın keçmiş ölkə başçıları onun “bir yumruqda birləşmək” təşəbbüsünü dəstəkləyiblər.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru