Zəlzələlərdə dağılan binalarla əlaqədar 131 nəfər həbs edilib

20-02-2023, 00:13           
Zəlzələlərdə dağılan binalarla əlaqədar 131 nəfər həbs edilib
Türkiyədə “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdə dağılan binalarla bağlı məsuliyyətli şəxslər və pozuntulara yol verən 131 şübhəli həbs edilib.

Bu günə qədər zəlzələlərdə dağılan və ya zona dəyişikliyinə zidd olan tikililərlə bağlı prokurorluq tərəfindən başladılan araşdırmalarda 430 şübhəli məsuliyyətə cəlb edilib.

Saxlanılan şübhəlilərdən 131-i həbs edilib, 127-si barəsində məhkəmə nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Baş Prokurorluğun əmri ilə 17 nəfər hələ də həbsdə olsa da, şübhəlilərdən 11-nin həyatda olmadığı, 5-nin xaricdə olduğu müəyyən edilib, 54 nəfərin isə ifadə verdikdən sonra sərbəst buraxılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.