Yaycı: Türkiyənin müdafiə sənayesi çökə bilər

20-02-2023, 11:01           
Yaycı: Türkiyənin müdafiə sənayesi çökə bilər
İsgəndərun və Hatay Mavi Vətənin (Türkiyənin ərazi suları – red.) qəlbidir. İsgəndərun və Hatayda hər hansı dəyişiklik bütün dənizlərimizi "itirməklə" nəticələnə bilər.

Bu açıqlama ilə Türkiyənin ehtiyatda olan kontr-admiralı Cihad Yaycı çıxış edib.

“İdxal və ixracımızın 90 faizini dəniz yoluyla edirik. Bunun 52 faizi İstanbul və ətraf limanların payına düşür. Limanların çökməsi idxal və ixracatımızı, xaricdən gələn yardımları dayandıra bilər”, - o bildirib.

"İstanbul zəlzələsinin hərbi yöndən təhlükəsi nə ola bilər?" sualına isə Yaycı belə cavab verib:

“Donanma Komandanlığı, 2 hərbi tərsanəmiz, Türkiyə Müdafiə Sənayesinin 78 tərsanəsi buradadır. Burada bir zəlzələ ən azından dənizçilik baxımından müdafiə sənayemizi çökdürər”.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru