Türkiyədə axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalanlar var. Bakupost.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. İlkin məlumata görə, Hatayın Defne rayonunda 4 nəfər dağıntılar altında qalıb, onlardan biri xilas edilib. Digərlərinin xilas edilməsi üçün işlər davam etdirilir. Samandağda isə bir qadının başına daş düşüb və o, hadisə yerində ölüb.