Türkiyədə sunami ola bilər - AFAD xəbərdarlıq etdi

21-02-2023, 00:12           
Türkiyədə sunami ola bilər -
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ bölgəsindəki vətəndaşlara dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı sahil zolağından uzaq olmaları barədə xəbərdarlıq edib.
AFAD sosial media hesabında həmin xəbərdarlığı əhaliyə çatdırıb:
“Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra əlaqədar qruplarımız həyəcan vəziyyətindədir və gələn xəbərlərə operativ reaksiya verir. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”.
Həmçinin, Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı da edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru