İskəndərun Dövlət Xəstəxanası zəlzələyə görə təxliyə edilir

21-02-2023, 11:58           
İskəndərun Dövlət Xəstəxanası zəlzələyə görə təxliyə edilir
İskəndərun Dövlət Xəstəxanası ehtiyat tədbiri olaraq təxliyə edilir.

Türkiyə mediası xəbər verir ki, Hatayda baş verən 6,4 və 5,8 bal gücündə iki zəlzələdən sonra İskəndərun Dövlət Xəstəxanası ehtiyat tədbiri olaraq təxliyə edilməyə başlayıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.