Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO

21-02-2023, 10:28           
Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO
Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları vəzifələrini tamamladıqdan sonra geri yola düşüblər. Ancaq onları təyyarədə sürpriz gözləyib.

Belə ki, uçuşdan əvvəl pilot onların qarşısına çıxıb və “Sizin qarşınıza dünyanı da sərsələr, haqqınızı əsla verə bilmərik”, - deyə minnətdarlıq edib.

Pilotun sözləri xilasedicilər tərəfindən alqışlarla qarşılanıb.

İstanbul meri Əkrəm İmamoğlunun özünün sosial şəbəkə hesabından paylaşdığı kadrlar istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb və internetdə geniş yayılıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru