Zəlzələdə dağıntılar altında qalan Beyzanın verdiyi sual hər kəsi təsirləndirdi - VİDEO

1-03-2023, 12:24           
Zəlzələdə dağıntılar altında qalan Beyzanın verdiyi sual hər kəsi təsirləndirdi - VİDEO
Malatyada zəlzələ zamanı altımərtəbəli binanın qalıqları altında qalan Beyza Yetiş xilasetmə əməliyyatında iştirak edən polisə verdiyi sualı ilə onu çətin vəziyyətdə qoyub.

Bu barədə xilasedicinin özü danışıb.

Polisin dediyini görə, vaxtilə Van zəlzələsini yaşayıb, bu səbəbdən hadisəni eşidən kimi dərhal könüllü şəkildə fəlakət bölgəsinə yollanıb. Əməliyyat zamanı ikinci mərtəbədə dağıntılar altında qalan 14 yaşlı Beyzaya çatıb. Polis ona ürək-dirək vermək üçün suallar verib, özünün də Van zəlzələsini gördüyünü danışıb. Yeniyetmə qızın “Həmin zəlzələ bundan daha pis idi?” sualı isə xilasedicini çaş-baş vəziyyətdə qoyub.

“Sualı qarşısında duruxub qaldım, “bu daha dəhşətli idi”, - deyə bilmədim. “Bu daha...”, - dedim və qəhərləndim”, - deyə polis göz yaşlarını zorla tutaraq olanları danışıb.

Onun sözlərinə görə, fəlakətin 4-cü günündə xilas edilən Beyzanın “gözümüzü yumurduq, açırdıq, amma heç cür səhər olmurdu” sözləri də çox təsirləndirib.



Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.