Türkiyənin ilk pilotsuz təyyarəsinin istifadəyə veriləcəyi tarix açıqlanıb

11-04-2023, 12:30           
Türkiyənin ilk pilotsuz təyyarəsinin istifadəyə veriləcəyi tarix açıqlanıb
Türkiyənin “Qızıl alma” pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanla danışığı zamanı məlumat verib.

O, indiyədək 2 “Qızıl alma”nın istehsal olunduğunu da xatırladıb.

S.Bayraktar həmçinin bildirib ki, “Bayraktar TB-3” PUA-sı 2024-cü ildə istifadəyə veriləcək: “Bu müddət ərzində sınaq uçuşları həyata keçiriləcək”.

Qeyd edək ki, “Qızıl alma” Türkiyənin ilk pilotsuz təyyarəsidir. Bu texnika ilk dəfə ötən ilin martında təqdim olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru