Böyük fəlakət yaxnlaşır? – İstanbulda qırılma xəttinə yaxın yolda sürüşmə əmələ gəlib – FOTOLAR

14-04-2023, 09:34           
Böyük fəlakət yaxnlaşır? –
Türkiyənin İstanbul şəhərində Beylikdüzü Gürpınar sahilindəki piyada yolunda çökmələr əmələ gəlib və bu proses davam edir.
Çökmə baş verən hissənin düz yanında yerləşən kafe diqqət çəkib. Belə ki, kafenin dənizə yaxın hissəsində sürüşmənin olduğu müşahidə edilib.

Türkiyəli professor Süleyman Dalğıc Şimali Anadolu qırılma xəttinin buradan təxminən 15 kilometr uzaqlıqda olduğunu bildirib. O qeyd edib ki, böyük bir zəlzələ olacağı təqdirdə bu sahil xətti daha çox zədələnə bilər.

“Ona görə də burada təcili tədbirlər görülməlidir. Gedən proseslər nəticəsində burada dənizə doğru təxminən 1,5 metr məsafədə yenidən sürüşmə baş verə bilər. Əgər zəlzələ insanların yayda sahildə gəzdiyi zaman baş verərsə, bu, vətəndaşlarımız üçün təhlükəli ola bilər”, – deyə o vurğulayıb.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru