“Məqsədimiz 650 min yeni mənzil və ev tikərək şəhərlərimizi normal həyatlarına qaytarmaqdır” - Ərdoğan

14-04-2023, 11:04           
“Məqsədimiz 650 min yeni mənzil və ev tikərək şəhərlərimizi normal həyatlarına qaytarmaqdır” - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada 1442 mənzil, 250 ev və 47 mağazanın təməlqoyma və açarların təhvil verilməsi mərasimində çıxış edib.

O, hökumətin əsas məqsədinin fəlakət bölgəsində tezliklə yeni və daha keyfiyyətli yaşayış və iş yerlərinin salınması olduğunu bəyan edib.

“Fəlakət zamanı axtarış-xilasetmə, dağıntıların təmizlənməsi, təcili yardım, müvəqqəti sığınacaq işləri ilə birlikdə daimi yaşayış evlərinin tikintisi üçün hazırlıqlara başladıq. Zəlzələdən 15 gün sonra Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyimizə tabe olan qurumlar vasitəsilə daimi yaşayış evlərinin tikintisi üçün ilk qazıntını həyata keçirdik. Məqsədimiz 319 mini bir il ərzində olmaqla, bütövlükdə 650 min yeni yaşayış mənzili və evi tikərək şəhərlərimizi normal həyatlarına qaytarmaqdır”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısı iş yerlərinin yaradılmasını da unutmadıqlarını vurğulayıb.

“Təbii ki, biz evlər qədər iş yerlərini də diqqətdən kənarda qoymuruq. Biz ilk növbədə kiçik sənaye sahələrində 6 min iş yeri yaradacağıq. Malatyada 70 min yaşayış mənzili və 25 min 300 ev tikməyi planlaşdırırıq. Yeni binalarımızı 3 və ya 4 mərtəbədən çox olmayacaq şəkildə tikəcəyik”, - Türkiyə Prezidenti əlavə edib. (Mənbə: TRT)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru