Fatih Dönməz: “Türkiyə ildə 40 milyard kubmetrə qədər qaz sata biləcək”

18-04-2023, 08:43           
Fatih Dönməz:
“Türkiyə bu qaz qovşağı vasitəsilə ildə 40 milyard kubmetr “mavi yanacaq” sata biləcək”.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz NTV telekanalına müsahibəsində deyib.

“Aldığımız 100 milyard kubmetrə yaxın qazın təxminən 60 milyardını istifadə edirik. Yəni yerdə qalan 40 milyard kubmetr qazı sata bilərik”, - o bildirib.

Onun sözlərinə görə, Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüləri - Rusiya, İran və Azərbaycan dəstək verib: “Eyni zamanda, Türkiyə artıq qazın Avropa ölkələrinə satışı ilə bağlı danışıqlar aparır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru