Qırğızıstan latın qrafikasına keçə bilər

20-04-2023, 09:44           
Qırğızıstan latın qrafikasına keçə bilər
Qırğızıstan parlamentinin deputatları Emil Toktoşev və Kamilə Təliyeva qırğız dilinin kiril əlifbasından latın əlifbasına keçirilməsini təklif ediblər.

Bu barədə Qırğızıstan Ali Şurasının mətbuat xidməti məlumat yayıb.

“Dilimizi qorumaq üçün biz latın əlifbasına keçməliyik”, - Toktoşev “Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı deyib.

Parlamentarilərin fikrincə, bu islahat çoxdan aparılmalı idi.

Mətbuat xidmətinin məlumatına görə, müzakirənin yekunu olaraq “Qırğızıstan Respublikasının dövlət dili haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Layihə, demək olar ki, bütün fəaliyyət sahələrində sənəd dövriyyəsində qırğız dilinin məcburi istifadəsini nəzərdə tutur. Rus dilindən isə ehtiyat dil kimi istifadə olunacaq.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.