Ərdoğan gənc ailələrə dəstək proqramından danışdı

25-04-2023, 00:08           
Ərdoğan gənc ailələrə dəstək proqramından danışdı
“Ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan Qaradəniz qazının ölkəmizə veriləcəyi qazancla gələcəyimizə sərmayə qoyacağıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan ailə və gənclik bankının yaradılacağını qeyd edib.
“Ailə və gənclik bankı yaradacağıq. Məqsədimiz ailə institutunu gücləndirəcək tədbirlərin buradan maliyyələşdirilməsidir. Evdar qadınların ödənişlərinin üçdə birini buradan qarşılayaraq pensiyaya çıxmalarını təmin edəcəyik.

Gənclərimizə dəstək göstərəcəyik. Bu resursun köməyi ilə onların işlə təmin olunmalarını asanlaşdıracağıq.

Gənc sahibkarlarımızın da yanında olacağıq. Evlərini rahatlıqla qura bilmələri üçün onlara 150 min Türkiyə lirəsi dəyərində 2 illik faizsiz kredit verəcəyik və bununla da onları evliliyə həvəsləndirəcəyik”, - deyə Ərdoğan vurğulayıb. (Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru