Türkiyədə 28 iş adamı saxlanılıb

25-06-2016, 21:59           
Türkiyədə 28 iş adamı saxlanılıb
Türkiyə polisi İstanbul, Kayseri, Konya və Muğla vilayətlərində genişmiqyaslı əməliyyat keçirib.

Türkiyə KİV xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat çərçivəsində 25 ev, 2 ofis və 1 şirkətdə axtarış aparılıb, 28 nəfər saxlanılıb. Onlardan 6-sı qadındır, 23 nəfər isə axtarışa verilib.

Bundan əlavə, Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) başqanı Rıza Nur Meral, MARİFED başqanı İbrahim Halil Avcı, FİADER başqanı Çetin Ekincioğlunun da aralarında olduğu 51 nəfər barəsində “himmət” adı altında maliyyə dəstəyi təmin etdikləri üçün həbs qərarı çıxarıldığı məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru