`Türkiyənin əsl fəlakəti terror hadisələri deyil` - Ərdoğan

30-06-2016, 08:46           

Bizim Vətənimizi heç vaxt bölə bilməyəcəklər. Öz-özünə belə xəyal aləmində dolaşanlar var. Boşuna gəzirsiniz. Bu Vətən torpaqlarından əsla bir parça vermərik, təslim etmərik, belə bir səlahiyyətimiz yoxdur. Terror təşkilatları hesab edirlərsə ki, bizi mövqeyimizdən döndərəcəklər, çox yanılırlar.

“Anadolu” agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı deyib.

“Nə günahı vardı o uşaqların, qadınların, yaşlıların, yerli və xarici vətəndaşların? Bunun insani, vicdanı hər hansı bir tərəfi varmı? Həm özünü partladırsan, həm də o insanları ölürürsən. Bir insanın ölümünə səbəb olmaq bütün bəşəriyyətin ölümünə səbəb olmaqdır. Belə deyir bizim dinimiz. Türkiyənin əsl fəlakəti bu terror hadisələri deyil, hədəflərindən və ideallarından imtina etməsi olar. Biz bundan imtina etməyəcəyik. Millətimizi belə bir fəlakətlə üz-üzə buraxmayacağıq”, - deyə Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru